Həmişəki kimi səhv edən qapıçı niyə əsas heyətdədir?
24.11.2012 - 17:28
“Komandamın oyunu heç xoşuma gəlmədi. Həmişəki kimi qapıçımızın səhvindən sonra qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XIV turunun “Xzəər Lənkəran”la ev oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Əsasən gənc futbolçulara üstünlük verdim. Premyer Liqada oynayan oyunçular bilməlidilər ki, burada güzəşt yoxdur. Futbolçular vuruşmalı və özlərini göstərməlidirlər. Komandam axırıncı yerdədir, ev oyununda heç məğlub olmaq istəməzdim. İlk hissədə yaxşı oynamadıq, 2-ci hissədə isə futbolçular çalışdılar, qol epizodları yaratdılar, təəssüf ki, istifadə edə bilmədik”.

0
0