“Artıq rəqiblər bizdən çəkinirlər”
25.11.2012 - 00:01
“Artıq rəqiblər bizdən çəkinirlər”
“Turan”ın malili yarımmüdafiəçisi Salif Ballonun apasport.az saytına
müsahibəsi

- Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”la bərabərliyə qaldınız. 1:1 hesabı ilə yekunlaşan oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oldu. Oyunun gedişində hesabda irəli çıxdıq. Təəssüf ki, öz səhvimizdən qapımızda qol gödük. Hər halda, səfərdən bir xalla döndük.

- Rəqib avtoqol qol sayəsində hesabı bərabərləşdirdi. Bu amil oyuna yenidən köklənməyinizə mane olmadı?
- “Qarabağ” Azərbaycanın ən böyük və yaxşı klublarından biridir. Bu baxımdan rəqibdən bir xal almağımız heç də pis nəticə sayıla bilməz. Məncə, komanda şəklində bu gün pis oynamadıq.

- Fərqləndiyiniz epizodda da rəqib müdafiəçi səhvə yol verdi. Həmin anı sona qədər izlədiniz və bəhrəsini gördünüz. Bədavi Hüseynovun bu cür səhvə yol verəcəyini gözləyirdinizmi?
- Hücumçuyam, vəzifəm bu cür məqamlardan maksimum faydalanmaqdır. Allahın köməkliyi ilə yaranmış qarışıqlıqdan düzgün istifadə etdim.

- Oyuna ikinci hissədə qoşulmağınız baş məşqçinin taktiki gedişi idi?
- Baş məşqçi belə istədi. Əfqan müəllim (baş məşqçi Əfqan Talıbov) dedi ki, Fərid birinci hissədə rəqib müdafiəsini yoracaq. İkinci hissədə sən meydana çıxanda onlar yorğun, sən isə yeni olacaqsan. Bu da sənin lehinə işləyəcək. Elə də oldu.

- Yeri gəlmişkən, ötən oyunda baş məşqçi ilə aranızda anlaşılmazlıq olmuşdumuz. Problem nə idi?
- Baş məşqçi ilə aramızda heç bir problem yoxdur. İkinci hissədə oyuna qoşulmağım sırf taktiki gediş idi.

- Növbəti oyunda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Kubok oyunu haqda nə düşünürsünüz?
- Yeganə hədəfim qol vurmaq, komandama qələbə qazandırmaqdır. Yaxşı hazırlaşacağıq.

- Deyəsən, xüsusi hazırlaşırsınız?
- Əlbəttə, yenə özümü isbatlayacam

- “Turan” 16 xalla 8-ci pillədədir. Bunu normal saymaq olarmı?
- Əvvəl komanda heç də yaxşı oynamırdı. Yeni baş məşqçi gəldikdən və bəzi futbolçular qoşulduqdan sonra, yaxşı oyun nümayiş etdiririk. Artıq rəqiblərimiz bizdən çəkinirlər. Onlar da düşünürlər ki, “Turan” gəlir. İlk “altılığ”a düşməyə çalışacağıq.

- Komandanız bunu bacaracaqmı?
- Çalışacağıq.