“Həmin epizodda müdafiənin səhvi daha çox idi”
25.11.2012 - 12:00
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi
- Deyəsən, oyun sizin üçün heç də yaxşı keçmədi?
- Əfqan Talıbovun təyinatından sonra “Turan” yüksəlişdədir. İddialı komandalara qarşı yaxşı mübarizə aparırlar. Birinci dövrədəki oyunda da sona yaxın penalti vurub qələbə qazandıq. Rəqib müdafiəsə yaxşı oynadı. Boşluq vermədi. Fasilədən sonra bir arxa xətdə bir səhv etdik, o da qolla nəticələndi. Şükürlər olsun ki, baş məşqçimizin əvəzləmələri özünü doğrultdu. Hesabı bərabərləşdirdik.
- Xüsusilə də birinci hissədə topa nəzarət “Qarabağ” tərəfdə olsa da, Tovuz təmsilçisinin təhlükəli epizodları daha çox oldu...
- “Turan”ın əks-hücumlardan təhlükəli olacağını bilirdik və buna da hazır idik. Onlar fasiləyə qədər bir standart vəziyyətdən təhlükəli epizod yaratdılar. Həmin vaxt top tirə dəyib qayıtdı. Digər epizodları elə də təhlükəli deyildi.
- Çempionluq uğrunda mübarizə aparan “Qarabağ”a bu xal itkisi zərbə vurmayacaq?
- Yüksəlişdə idik. Biz də istəyirdik ki, qələbə qazanıb, liderə çataq. Ancaq bunu bacarmadıq. Əksinə, bu gün uduza da bilərdik.
- Buraxılan qolda səhviniz var idimi?
- Baxım ki, top müdafiəçinin başına doğru gəlir. İrəli çıxdım ki, top ona dəyib, qapıya tərəf gəlsə tutum. Həmin epizodda müdafiənin səhvi daha çox idi.
- Baş məşqçi də oyunun gedişində bu səhvinizə görə sizə idarını bildirdi...
- O cür epizodlarda diqqətli olmaq lazımdır. Topu müdafiəçi bir toxunuşla cərimə meydançasından uzaqlaşdırmalı idi.
- Qarşıdan kubok oyunu gəlir. Qısa vaxtda toparlanıb, mərhələ adlaya biləcək nəticə qazana biləcəksinizmi?
- Hər iki cəbhədə uğur qazanmaq istəyirik. Ona görə də, ciddi hazırlaşacağıq. İnşallah, kubokda mərhələ adlayıb, azarkeşlərimizin üzünü güldürəcəyik.

0
0