Cavid Hüseynov 65 dəqiqə oynadı
25.11.2012 - 00:05
Cavid Hüseynov 65 dəqiqə oynadı
Türkiyə çempionatının I liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov da turun iştirakçıları arasında olub. Yarımmüdafiəçimiz şərəfini qoruduğu “Adana Dəmirspor”un “Qazianteppspor Böyükşəhər Bələdiyyəsi” ilə səfər matçında meydana çıxıb. Komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşə start heyətində qatılan Cavid 65-ci dəqiqədə əvəzlənib.