“Dinamo”dan minimal hesablı qələbə
25.11.2012 - 10:34
“Dinamo”dan minimal hesablı qələbə
Təlim-məşq məqsədi ilə Azərbaycana səfər edən Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası “Qəbələ”li həmyaşıdları ilə ikinci yoxlama oyununda üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili fərqlənib.

Qeyd edək ki, “Qəbələ”nin təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.