Millimizin futbolçusuna “6” verdilər
25.11.2012 - 11:29
Millimizin futbolçusuna “6” verdilər
Türkiyə çempionatının I liqasında növbəti matçına çıxan Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov oyunu ilə seçilib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçimiz şərəfini qoruduğu “Adana Dəmirspor”un “Qazianteppspor Böyükşəhər Bələdiyyəsi” ilə səfər matçında ən yaxşılar arasında olub. Meydana start heyətində çıxan Cavid komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 65-ci dəqiqəsində əvəzlənib. Onun oyunu Türkiyə mətbuatı tərəfindən 6 xalla qiymətləndirilib. Bu isə adanalıların 7-yə layiq görülən yalnız 2 futbolçusundan aşağı olub.