“Bakı”nın futbolçusu topa toxunmadan qovuldu
25.11.2012 - 17:15
“Bakı” klubunun futbolçusu Novruz Məmmədov futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu topa toxunmadan qırmızı vərəqə almaqla futbol tarixində ən qeyri-adi cəzalananlardan biri olub.
Belə ki, Topaz Premyer liqasının XIV turunun “Neftçi” ilə oyunundan sonradan meydana daxil olan Novruz topa toxunmamış meydandan qovulub. Məmmədov meydançaya daxil olan kimik bir neçə addım atıb və topa tərəf deyil Julius Vobaya doğru şığıyıb. “Neftçi”nin syerra-leoneli yarımmüdafiəçisinə qarşı aşkar kobudluq isə onun meydandan qovulmasına səbəb olub. Bunun üçün ona bir neçə saniyə lazım olub. Beləliklə Novruz dünya futbolunun ən erkən alınan qırmızı vərəqələrindən birinin müəllifi olub.

0
0