“Bu cür oyunlar Premyer Liqaya rəng qatır”
25.11.2012 - 18:19
“Avroliqanın son oyunundan sonra komandanın bərpa olması üçün vaxt yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XIV turunun “Bakı” ilə oyunundakı 2:1 hesablı qələbəyə şərh verən çalışdırıcı həm nəticə, hm oyundan razı qalıb: “Artıq bizim üçün çempionat oyunları vacibdir. Qarşımıza 3 xal qazanmaq məqsədi qoyulmuşdu. Bu cür oyunlar Premyer Liqaya rəng qatır. Qarşıdakı oyunlara da qələbə əzmi ilə çıxacağıq. Avroliqa artıq tarixdə qaldı, yeni tarix yazmaq üçün, Çempionlar Liqasında çıxış etmək üçün qələbələr qazanmalıyıq. Bugünkü oyunda Mahir Şükürov və Erik Ramos çıxış etməsə də, onları əvəzləyən futbolçular uğurlu çıxış etdilər”.
Mənbə: pfl.az

0
0