“İkinci qolu buraxmamalıydıq”
25.11.2012 - 18:22
“İkinci qolu buraxmamalıydıq”
“Çox güclü rəqiblə qarşılaşdıq, baxımlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XIV turunun “Neftçi” ilə oyunu (1:2) haqda fikirlərini açıqlayıb: “Komandamdan razı qaldım, xüsusi ilə ikinci hissədə yaxşı oynadıq. Qol vurub hesabda irəli çıxdıq. İkinci qolu buraxmamalıydıq. Fikrimcə, oyun bərabərə bitməli idi”.

Mənbə: pfl.az