“Neftçi” Avroliqanı 3 xalla başa vurdu
07.12.2012 - 01:48
Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, VI turun oyunları ilə Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatıb.
Qitə arenasında mübarizəni aparan yeganə təmsilçimiz “Neftçi” qrupda son oyununu İtaliyada “İnter”ə qarşı keçirib. “Cüzeppe Meattsa” stadionunda baş tutan oyunda “ağ-qaralar” meydan sahiblərindən bir xal almağı bacarıb.
Belə ki, Marko Livayanın erkən vurduğu qolla fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Bakı klubu, ikinci hissənin 52-ci dəqiqəsində Rəşad Sadiqovla hesaba tarazlıq gətirib. Lakin “flaqman”nın qol sevinci çox çəkməyib. 54-cü dəqiqədə Marko Livaya yenidən komandasını hesabda önə çıxarıb. Amma buna baxmayaraq Böyükağa Hacıyevin yetirmələri sona qədər mübarizə apararaq istəyinə nail olub. Matçın 89-cu dəqiqəsində Bruno Bertuççinin vurduğu top komandamıza səfərdə bir xal qazandırıb.
Qrupumuzun digər oyununda isə “Partizan”la “Rubin” Belqradda münasibətlərinə aydınıq gətirib. Bu qarşılaşmada da bərabərlik qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən tərəflər görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Beləliklə, növbəti mərhələyə adlayan “Rubin” H qrupunda 15 xal toplayıb. 12 xala malik olan “İnter” ikinci olub. 3 xalla “Partizan” 3-cü, eyni xala malik olan “Neftçi” isə sonuncu yerdə qərarlaşıb.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
“İnter” (İraliya) – “Neftçi” (Azərbaycan) - 2:2
QOLLAR: Marko Livaya, 9; 54- Rəşad Sadiqov, 52; Nikolas Kanales, 89
Baş hakim: Emir Alekoviç
Milan. “Cüzeppe Meattsa” stadionu
“İnter”: Vied Belets, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambiyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.
Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.
“Neftçi”: Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.
Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahadır Nəsimov, Kamil Nurəhmədov, Emin Mehdiyev
“Partizan” (Serbiya) – “Rubin” (Rusiya) - 1:1
QOLLAR: Lazar Markoviç, 53 - Solomon Rondon, 59

1 | Rubin | 6 | 4 | 2 | 0 | 10-3 | 14 |
2 | İnter | 6 | 3 | 2 | 1 | 11-9 | 11 |
3 | Partizan | 6 | 0 | 3 | 3 | 3-8 | 3 |
4 | Neftçi | 6 | 0 | 3 | 3 | 4-8 | 3 |
0
0