“İnter” - “Neftçi”: Start heyətləri
06.12.2012 - 12:57
“İnter” - “Neftçi”: Start heyətləri
Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək “İnter” – “Neftçi” oyununun start heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, apenninli həmkarlarımız artıq indidən gecə saat 00:05-də meydana çıxacaq komandaların start “11-lik”lərini təxmin edib.

Onların fikrincə, “İnter” bu dəfə də bir sıra əsas heyət oyunçularına istirahət verəcək. Ehtimallara əsasən, hətta Bakıda forma geyən əsas qapıçı Samir Handanoviç də meydana çıxmayacaq.

Bu isə “Neftçi”nin qol vurmaq imkanını artıracaq. Lakin bu qol Samirin deyil, ikinci qapıçının qoruduğu çərçivəyə vurulacaq. Üstəlik, müdafiə xəttində 17 yaşlı qanalı İsaak Donkor da yer alacaq.

İNTER (4-3-1-2): Vid Belek – Conatan Çiçero Moreyra, Valter Samuel, İsaak Donkor, Alvaro Pereyra – Andrea Romano, Marko Benassi, Simone Pasa - Filip Koutinyo – Antonio Kassano, Marko Livaya

NEFTÇİ (4-2-3-1): Saşa Stamenkovic – Mahir Şükürov, Elvin Yunuszadə, İqor Mitreski, Bruno Bertuççi – Rəşad Sadiqov, Erik Ramos – Julius Vobay, Flavinyo, Cavid İmamverdiyev - Nikolas Kanales.