“Azərbaycan millisində çıxış etməkdən böyük arzu ola bilməz”
06.12.2012 - 13:18
“Mənə Azərbaycan yığmasından təklif gələndə, buna inana bilmədim. Əlbəttə ki, buna çox sevindim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kayzerslautern”in II komandasında çıxış edən Rüfət Dadaşov deyib.
Dekabrın 3-dən 5-dək Bakıda millinin seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etmiş futbolçu “Kayzerslautern”in rəsmi saytına açıqlamasında Berti Foqtsla görüşməsindən danışıb: “Berti Foqts çox məşhur məşqçidir. Belə bir insanın rəhbərliyi altında məşq etmək nəyə desən dəyər”.
Daha sonra 21 yaşlı hücumçu millidə oynamaq istədiyini bildirib: “Mənim üçün öz ölkəni təmsil edən Azərbaycan yığmasında çıxış etməkdən böyük arzu ola bilməz”.

0
0