Namiq Yusifov: Məsələni əlavə vaxta aparmalı deyilik
06.12.2012 - 14:48
“Öncə qeyd edim ki, bizi çətin oyun gözləyir. Gəncəlilərlə hər 2 oyunumuz oduqca çətin alınıb. Bu dəfə bizdən xal almağa çalışacaqlar. Amma biz də meydana ancaq 3 xal üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib.
“Qarabağ” sabah Topaz Premyer Liqasının XVI turunda “Kəpəz”i qəbul edəcək. Sonuncu pillədə olmasına baxmayaraq, əksər oyunlarda sona qədər mübarizə aparan Gəncə təmsilçisi bu dəfə də “Qarabağ”a başağrı olmağa çalışacaq.
Artıq cari mövsüm 2 dəfə qarşılaşan tərəflərin mücadiləsi gərginliyi ilə yadda qalıb. Premyer Liqa çərçivəsində qolsuzluğa razılaşan tərəflərin 1 həftə qabaq kubokda baş tutan görüşündə “Qarabağ” əlavə hissədə vurduğu qollarla turu keçən tərəf olub.
Namiq isə “Kəpəz”lə budəfəki oyuna daha ciddi yanaşmalı olduqlarını bildirib: “Son zamanlar yaxşı forma yığmağa başlamışıq. Bu oyunda qələbə qazanıb liderlər qrupunda qalmağı planlaşdırırıq. Amma bunun üçün maksimum güc sərf etməli olacağıq. Çalışacağıq ki, qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollanaq. Qışa kimi “Bakı” və “Xəzər Lənkəran” kimi 2 güclü rəqiblə qarşılaşacağıq. Amma buna qədər “Kəpəz”i fikirləşməliyik. Gəncə klubuyla son 2 oyunumuz bizi buna məcbur edir. Amma istənilən halda qələbə qazanmalıyıq. Məsələni əlavə vaxta aparmalı deyilik (gülür)”.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu saat 16:00-da keçiriləcək.

0
0