Premyer Liqada lider dəyişdi - YENİLƏNİB
07.12.2012 - 17:51
Premyer Liqada lider dəyişdi - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək turun ilk günündə 1 qarşılaşma baş tutub

Həmin qarşılaşma da çempionatın liderini dəyişib. Belə ki, çempionatın autsayderi “Kəpəz”i qəbul edən “Qarabağ” qalib gəlməklə ən azı 2 günlük zirvəyə yiyələnib.

Ağdamlılar buna ilk hissədə vurulan 2 qolla yaxınlaşıb. Fasilədən sonra hesabı 3:0 çatdıran meydan sahibləri hətta darmadağına da yaxın olublar. Lakin gəncəlilər sonda təsəlli qoluna imza ata bilib.

Bu qələbə sayəsində Qurban Qurbanovun yetirmələri liderlər – “İnter” və “Simurq”u arxada qoyub. Lakin bu 2 komanda turdakı oyununu hələ keçirməyib. “Kəpəz” isə turnir cədvəlinin zirzəmisində daha da “möhkəmlənib”.


7 dekabr
“Qarabağ” – “Kəpəz” - 3:1
QOLLAR: Riçard Almeyda, 6; Vaqif Cavadov, 21; Əfran İsmayılov, 89 - Yuri Fomenko, 90+2
Rəşad Sadıqov 32-ci dəqiqədə penaltidən yararlana bilməyib
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov
T.Bəhramov adına Respublika stadionu

8 dekabr
14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
”Bayıl Arena” stadionu

9 dekabr
15:15. “İnter” – AZAL
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
“Şəfa” stadionu

10 dekabr
14:00. “Turan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov
Tovuz şəhər stadionu

16:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu

komandaoqhmtx
1
Qarabağ
16
7
6
3
22-16
27
2
İnter
14
7
5
2
15-6
26
3
Simurq
15
7
5
3
17-9
26
4
Qəbələ
15
6
4
5
18-17
22
5
Neftçi
12
7
0
5
26-15
21
6
Xəzər L
15
5
5
5
20-14
20
7
AZAL145
5
4
19-15
20
8
Turan
15
5
4
6
19-20
19
9
Bakı
14
3
8
3
14-11
17
10
Rəvan
15
4
4
7
14-23
16
11
Sumqayıt
15
3
5
7
12-28
14
12
Kəpəz
16
2
3
11
10-32
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 12 qol