“Neftçi”nin ayağı “San Siro”ya düşdü
06.12.2012 - 17:00
UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir. Apasport.az saytının məlumatına görə, hazırda davam etməkdə olan toplantıda artıq bir sıra qərarlar qəbul olunub. Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının daha 2 mövsümünün final matçının keçiriləcəyi məkan müəyyənləşib.
2014/15 mövsümündə həlledici qarşılaşma Berlində - “Olimpiaştadion”da baş tutacaq. 2015/16 mövsümündə isə final İtaliyada keçiriləcək. Qarşılaşmanı Milanın məşhur “San Siro” stadionu qəbul edəcək.
Artıq mətbuata sızan bu məlumat hələ qurum tərəfindən rəsmən təsdiqlənməyib.
Maraqlıdır ki, Milan stadionu ilə bağlı qərar Azərbaycan çempionu “Neftçi”nin eyni stadionda Avroliqa matçı keçirəcəyi günə təsadüf etdi. Azərbaycanlıların həm də “Cüzeppe Meattsa” adını daşıyan “San Siro”ya qədəm basması, italiyalılar üçün düşərli olub.
Qeyd edək ki, 2012/13 mövsümündə final Londonun “Uembli”, 2013/14 mövsümündə isə Lissabonun “Da Luj” stadionunda baş tutacaq.

0
0