“Qarabağ”dan ayrıldı, yığmaya çağırıldı
06.12.2012 - 17:40
“Qarabağ”dan ayrıldı, yığmaya çağırıldı
Makedoniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Çedomir Yanevski dekabrın 14-də Antalyada baş tutacaq Polşa ilə yoldaşlıq oyununa 21 futbolçuya dəvət göndərib.

Bunların arasında “Bakı”nın qapıçısı Edin Nuredinoski və “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremə rast gəlinmir. Bunu həmin vaxt çempionatımızın davam etməsi ilə bağlamaq olar. Çünki Yanevski Buxarest “Dinamo”sunun qapıçısı Kristiyan Naumovski və “Voyvodina”nın müdafiəçisi Daniel Moysov istisna olmaqla, legioner futbolçulara dəvət göndərməyib.

Ancaq Makedoniya millisində çempionatımızda çıxış edən futbolçu var. Bu, ötən mövsüm “Qarabağ”da çıxış edən Nderim Necipidir. Yayda Ağdam klubundan ayrıldıqdan sonra “Rabotniçki” və “Vardar”la danışıqlar apardığı deyilsə də, futbolçu Makedoniyanın “Şkendiya” klubuna keçib.

Qeyd edək ki, Makedoniya albanlarının çıxış etdiyi “Şkendiya”nı “Qarabağ”ın digər sabiq yarımmüdafiəçisi Artim Şakiri çalışdırır. Necipi Makedoniya çempionatında vurduğu 6 qolla komandasının ikinci bombardiridir. 28 yaşlı futbolçu son turda “Napredak”la oyunda (2:2) 1 qol da vurub.