Bir qolla növbəti mərhələyə
06.12.2012 - 17:51
Yaponiyada keçirilən klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilkin mərhələsində “Sanfreççe Hiroşima” (Yaponiya) və “Oklend Siti” (Yeni Zelandiya) üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. 66-cı dəqiqədə Aoyamanın vurduğu qol meydan sahiblərini 1/4 finala çıxarıb.
Bu mərhələnin dekabrın 9-da baş tutacaq qarşılaşmasında asiyalılar Misirin “Əl Əhli” klubu ilə görüşəcək. Digər 1/4 final matçında isə “Ulsan Hyunday” (Cənubi Koreya) və “Monterrey” (Meksika) üz-üzə gələcək.

0
0