Pərvin Paşayev məşqlərə başladı
06.12.2012 - 18:04
Pərvin Paşayev məşqlərə başladı
“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Pərvin Paşayev məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, sağ diz oynağındakı meniskdən əməliyyat olunan yarımmüdafiəçı bir ay yaşıl meydanlardan uzaq qalıb.

Yaxınlarda ailə həyatı quran Paşayev artıq yüngül formada məşq edir. O, gündəlik qaçmaqla yanaşı, həkim nəzarəti altında müəyyən bərpaedici hərəkətləri yerinə yetirir.