Nizami Hacıyevin “Poqon”da qalması üçün potensialı varmı?
06.12.2012 - 19:06
Nizami Hacıyevin “Poqon”da qalması üçün potensialı varmı?
Polşanın “Poqon” klubunda baxışda olan Nizami Hacıyev yerli futbolsevərlər tərəfindən müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, polşalılar “Poqon”un III dəstə təmsilçisi “Energetik”lə oyununda sınanan 12 futbolçunun necə təsir bağışladığını müzakirə edib.

Hətta futbolçumuzun “Lex”lə oyunları da xatırlanıb: “Maraqlıdır ki, azərbaycanlı oyunçu sol cinahda çıxış edirdi. Halbuki, bir neçə il əvvəl Çempionlar Liqasının “İnter” – “Lex” oyunlarında sağ cinahda mübarizə aparırdı. Hacıyev çox qaçır və fərdi hərəkətlərə meyl edir. Əlbəttə ki, oyunçu potensialını tamamilə açmadı. Ancaq onun “Poqon”da qalması üçün kifayət qədər potensialı varmı? Biz bunu sonra görəcəyik. Hələ ki “mavi-qırmızılar”ın 4-cü qoluna imza ata bilib”.

Qeyd edək ki, Nizami Hacıyev artıq sabahdan “İnter”in düşərgəsinə qoşulacaq.