Sneyder “İnter”də qalır
06.12.2012 - 22:13
Avropa Liqasının qrup mərhələsinin son turunda Azərbaycan çempionu “Neftçi”ni qəbul edəcək “İnter”in futbolçusu Uesli Sneyderin məsələsi ilə bağlı, onun həyat yoldaşı da açıqlama verib. Apasport.az saytının məlumatına görə, Yolanti Cabau “Tivitter” sosial şəbəkəsində hollandiyalı futbolçunun Milan təmsilçisindən ayrılmayacağını yazıb:
“Sneyder “İnter”dən getməyəcək. Lakin onun bu vəziyyətə gəlməsi, məni çox məyus etdi. Mən əminəm ki, qarşıda hər şey öz axarı ilə davam edəcək.
Qeyd edək ki, mövsümün əvvəlində milanlılar Ueslinin maaşının aşağı endirilməsini tələb etmişdir. Lakin bununla razılaşmayan Sneyder, komandanın heyətindən kənarlaşdırılmışdır.

0
0