Əhmət Bulut: “Marsel”dən Kuarejmaya təklif gəlmədi
06.12.2012 - 23:54
Son günlər Türkiyə mətbuatında “Marsel”ə keçəcəyi gündəmə gələn Rikardo Kuarejmanın bu xəbəri, onun meneceri Əhmət Bulut tərəfindən təkzib edilib. Apasport.az saytının məlumatına görə, menecer portuqaliyalı futbolçu üçün Fransa klubu və ya hər hansı digər komandalardan təklifin gəlmədiyini açıqlayıb.
“Kuarejma “Beşiktaş”ın futbolçusudur. Ona transferlə bağlı olaraq heç bir klubdan təklif göndərilməyib. Rikardonun qışda “qara-qartal”dan ayrılması məsələsinə gəldikdə isə hələ ki, bu haqda söhbət edilməyib. Hazırda hər iki tərəf portuqaliyalı futbolçunun qərarını gözləyir” – deyə, Əhmət Bulut, bildirib.

0
0