UEFA prezidenti yeni qərar çıxardı
07.12.2012 - 00:25
UEFA prezidenti yeni qərar çıxardı
UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsi ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin yekununda UEFA prezidenti Mişel Platininin oyunların ilk dəfə olaraq Avropanın fərqli ölkələrinin şəhərlərində keçirilməsi ilə bağlı ideyasını Avropa futbol assosiasiyaların üzvünün 53-dən 52-si dəstəkləyib. O deyib ki, bu maliyyə böhranı vəziyyətində bir qədər qənaət etməyə imkan yaradır. Turnirin keçirilməsi üçün hazır infrastruktur olan şəhərlər seçiləcək.

Fransa mətbuatının yaydığı xəbərə görə, çempionatın oyunlarını qəbul edəcək şəhərlərin adlarına 2014-cü ildə aydınlıq gələcək.

Bu məsələ ilə bağlı olaraq AFFA, 2020-ci il Avropa çempionatının təşkilatçı şəhərlərindən biri olmaq üçün Bakı şəhərinin namizədliyini irəli sürmək və müvafiq olaraq sifariş prosesində iştirak etmək barədə qərar qəbul edib.

UEFA-nın baş katibi Canni İnfantino qeyd edib ki, hələlik yarışların neçə ölkədə keçirəcəyi məlum deyil.