Nikolas Kanaleslə “İnter”in hücumçusunu birləşdirən məqam
07.12.2012 - 04:50
“Neftçi”nin çilili futbolçusu Nikolas Kanales avrokuboklarda 3-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, hücumçu bunlardan son 2-ni qrup mərhələsində İtaliya “İnter”inə vurmağı ilə öyünə bilər. Belə ki, Nikoas milanlılara Tofiq Bəhramov adına Respublika stadionunda 1:3 hesabı ilə uduzduğumuz oyunda, bu dəfə isə “Cüzeppe Meatsa”da 2:2 hesabı ilə nəticələnən matçda fərqləndi. Onun ilk qolu “Neftçi”də rəsmi debütündə - Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubuna “Dalğa Arena”da 3:0 hesabı ilə qalib gəldiyimiz matça təsadüf etmişdi.
Kanalesin “İnter”də oynayan italiyalı həmkarı Marko Livaya isə qol hesabını “Neftçi” ilə matçda edərək, hər 2 matçda rəqib qapısına yol tapdı. Bakıda 1 qol vuran Livaya Milanda dubl etdi. Göründüyü kimi, hücumçular “İnter”lə “Neftçi” arasındakı oyunların hər ikisində fərqlənməyi bacardı. Özü də bu matçların hər birində 4 qolun vurulmağı diqqət çəkir.
Qeyd edək ki, Nikolas milanlılarla oyunun 89-cu dəqiqəsində vurduğu qolla hesabı bərabərləşdirərək, komandaya tarixi nəticəni qazandırıb.

0
0