Stokun komanda yoldaşına qarşı hörmətsizliyi
07.12.2012 - 05:57
Avropa Liqasının C qrupunun sonuncu oyun günündə Münhenqladbax “Borusiya”sı ilə qarşılaşan “Fənərbaxça”nın futbolçusu Miroslav Stok, azarkeşlər tərəfindən fitə basılıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun baş məşqçisi Aykut Kocaman sloveniyalını matçın 58-ci dəqiqəsində Dirk Kuytlə əvəzləyib.
Lakin yarımmüdafiəçi çalışdırıcının bu hərəkətini gözləmirmiş kimi hirsli bir halda meydanın kənarına gələrək hollandiyalı həmkarının əlini sıxmır. Bunu görən “sarı-bülbüllər”in azarkeşləri Stoku fitə basır. Oyundan sonra mətbuat konfransı keçirən Kocaman, Miroslavın niyə belə etdiyini anlaya bilmədiyini vurğulayıb:
“Stok bu qarşılaşmada çox yaxşı oynadı. Onu meydandan çıxarmağımda məqsəd isə bu həftə Superliqada “İstanbul BB”la, bizi çətin oyun gözləyir və məndə fikirləşib bu addımı atdım. Futbolçular meydanda yaxşı mübarizə apardıqca axıra qədər oynamaq istəyir. Onun mənə qarşı olan narazılığını başa düşürəm. Amma komanda yoldaşına etdiyi bu hərəkət heçdə doğru deyil. Onunla sabah və ya başqa zamanda danışacağam” – deyə Aykut, bildirib.
Qeyd edək ki, növbəti mərhələni rəsmiləşdirən “Fənərbaxça” doğma azarkeşləri önündə Münhenqladbax təmsilçisinə 0:3 hesabı ilə uduzub.

0
0