Azərbaycan Avropada 32-ci pilləyə yüksəldi
07.12.2012 - 10:06
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin səfərdə İtaliya “İnter”i ilə heç-heçə etməsi sayəsində mümkün olub – 2:2.
Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirdiyindən 2:2 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 3,000-ə çatıb.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,625-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 8,541 xal yığmağa imkan verib. Bu da Azərbaycan UEFA reytinqində irəliləməsinə şərait yaradıb. Belə ki, bu matçadək 33-cü olan ölkəmiz Finlandiyanı da arxada qoyaraq 33-cü pillədən 32-ciyə yüksəlib. Azərbaycanla yanaşı aşağı mövqelərdəki digər ölkələr də çıxışını başa vurduğundan mövsümü bu pillədə bitirəcəyimiz dəqiqləşib.
UEFA reytinqinin 4-cü onluğu

yer | Ölkə | reytinq | Qalıb/klub |
31 | Gürcüstan | 9,166 | 0/4 |
32 | Azərbaycan | 8,541 | 0/4 |
33 | Finlandiya | 8,508 | 0/5 |
34 | Bosniya-Herseqovina | 7,833 | 0/4 |
35 | Moldova | 7,666 | 0/4 |
36 | İrlandiya | 7,375 | 0/4 |
37 | Litva | 6,500 | 0/4 |
38 | Qazaxıstan | 5,958 | 0/4 |
39 | Latviya | 5,791 | 0/4 |
40 | İslandiya | 5,416 | 0/4 |
0
0