“İstəsəydik “Neftçi”ni 4:1 hesabı ilə də udardıq”
07.12.2012 - 11:09
“İstəsəydik “Neftçi”ni 4:1 hesabı ilə də udardıq”
“Neftçi” ilə oyundan çox məmnun qaldım. Gənclərimizin oyunu məni sevindirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Esteban Kambiasso deyib.

Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunun “Neftçi” ilə milandakı oyunu (2:2) haqqında fikirlərini açıqlayıb: “İstəsəydik Neftçi”ni 3-1, lap elə 4:1 hesabı ilə də udardıq. Təbii ki, əgər bu nəticənin bizim üçün əhəmiyyəti olsaydı. 1/16 finalda kiminlə düşməyimizin o qədər də önəmi yoxdur. Heç bir rəqibdən qorxmuruq. İngiltərə “Çelsi”si ilə düşməkdən də çəkinmirik. Təbii ki, nisbətən asan rəqib olsa daha yaxşıdır”.