Azərbaycan dayandı, Almaniya itkisiz irəliləyir
07.12.2012 - 11:26
Almaniya klubları Çempionlar Liqası (ÇL) və Avroliqanın qrup mərhələsində 100 faizlik nəticə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, yeganə bu ölkənin təmsilçilərinin hamısı qrup mərhələsindən növbəti mərhələyə adını yazdıra bilib.
Belə ki, ÇL və Avroliqada mübarizə aparan 48 komanda arasında Almaniyanın qruplarda oynayan 7 komandası da olacaq. “Ştutqart” Avroliqanın qrup mərhələsinin son turunda doğma meydanda uduzmasına baxmayaraq, bu “xoşbəxtlər” arasına adını yazdıran sonuncu alman klubu olub. Bu, Almaniyanın klub reytinqinə də təsir edib. Hazırda UEFA-nın sıralamasında 3-cü pillədə olsalar da, almanlar İngiltərəyə xal fərqində çox yaxınlaşıb, İtaliyadan isə aralanıb.
Qeyd edək ki, “böyük beşlik” ölkələrindən İspaniya, İngiltərə və İtaliyanın hərəyə 1 komandası (“Atletik”, “Mançester Siti” və “Udineze”) avrokuboklarda mübarizəni dayandırıb. Fransanın qrupda yer alan 6 komandasından 3-ü də eyni aqibətlə üzləşib. Ölkəmizdən isə yeganə “Neftçi” bu mərhələdə mübarizə aparırdı ki, Bakı klubunun da hələ öncədən Avroliqanın 1/16 finalında olmayacağı bilinirdi.

0
0