Mahmud Qurbanov: Biz autsayderik
07.12.2012 - 13:01
Mahmud Qurbanov: Biz autsayderik
“Rəqib çempionatın iddialı klublarından biridir. Biz isə autsayderik. Bu üzdən “Qarabağ”ı oyunun favoriti saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Bu gün saat 16:00-da başlayacaq “Qarabağ” – “Kəpəz” oyunu haqda Gəncə klubunun rəsmi saytına açıqlama verən Qurbanov komandasının səfərdə qələbə qazanacağına inanmır. Bununla belə, millinin sabiq futbolçusu yetirmələrinin rəqibə müqavimət göstərəcəyinə inanır: “Amma görüşün onlar üçün asan olacağını fikirləşmirəm. Gərgin oyun olacaq. Meydanda mübarizə aparıb, ağdamlılara müqavimət göstərməyə çalışacağıq”.