UEFA-nın baş katibi: MDB çempionatını müzakirə etməyə hazırıq
07.12.2012 - 14:59
UEFA-nın baş katibi: MDB çempionatını müzakirə etməyə hazırıq
“MDB çempionatının keçirilməsi hələlik UEFA-da müzakirə olunmayıb. Lakin bu tip layihələrin müzakirəsinə hazırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın baş katibi Canni İnfantino deyib.

O, keçmiş SSRİ məkanının komandaları üçün təşkil oluna biləcək MDB çempionatı ilə bağlı ideyaya münasibət bildirib: “Beynəlxalq liqalar hələ ki, qadağandır, bunlara icazə verilmir. Əvvəllər Skandinaviya və Baltika ölkələri ilə bağlı nümunələr olub. Amma indi müzakirələrə hazırlıq. Artıq test xarakterli çempionat da var ki, Belçika və Hollandiyanın qadın komandalarının birgə liqası təşkil olunub. Belə məsələlərdə həmişə avrokuboklara vəsiqələrin bölüşdürülməsi çətinlik yaradır”.