“Xəzər Lənkəran” uduzmadığı məkanda
07.12.2012 - 15:17
Bu həftə start götürən Topaz Premyer Liqasının XVI turu bazar ertəsi başa çatacaq. Apasport.az saytının məlumatına görə, turun dekabrın 10-da baş tutacaq son oyun günündə “Xəzər Lənkəran” da meydana çıxacaq. Lənkəran təmsilçisi səfərdə “Simurq”un qonağı olacaq. Zaqatalada baş tutacaq qarşılaşma komandalar arasında 14-cü duel olacaq.
İndiyədək rəqiblər arasında 13 matç baş tutub. Bu matçların hamısı ölkə çempionatları çərçivəsində olub. 2006-cı ildə Zaqatalada baş tutan ilk oyunla başlayan rəqabət “Xəzər Lənkəran”ın aşkar üstünlüyü ilə keçir.
Belə ki, 13 matçdan 8-də məhz “ağ-yaşıllar” qalib gəlib. Cəmi 4 heç-heçə ilə təsəlli tapan “Simurq” yeganə qələbəsini cari mövsümdə qazanıb. Bu matçlardakı top fərqi də “Xəzər Lənkəran”ın böyük üstünlüyünü göstərir - 21:11.
Yeganə məğlubiyyətini Bakıda baş tutan ev matçında alan cənublular səfərdə yenilməzdir. 7-ci Zaqatala səfərinə qədər baş tutan 6 qarşılaşmada 3 heç-heçə qeydə alınıbsa, 3 dəfə də “Xəzər Lənkəran” qalib gəlib. Səfərdəki bütün oyunlarda qol vuran komanda yalnız ilk 2 Zaqatala matçında 1 qolla kifayətlənib. Rəqib meydanındakı son 4 matçda 2 dəfə fərqlənən “ağ-yaşıllar” “Simurq”un meydanında 10 qol vuraraq 6 top buraxıb.
Mənbə: lankaranfc.com

2006/07 | 21.08.2006 | çempionat | s | 1:0 |
2006/07 | 21.02.2007 | çempionat | e | 1:1 |
2007/08 | 02.12.2007 | çempionat | e | 2:1 |
2007/08 | 28.05.2008 | çempionat | s | 1:1 |
2008/09 | 29.11.2008 | çempionat | s | 2:2 |
2008/09 | 16.05.2009 | çempionat | e | 3:1 |
2009/10 | 23.10.2009 | çempionat | e | 3:0 |
2009/10 | 09.02.2010 | çempionat | s | 2:1 |
2010/11 | 15.08.2010 | çempionat | s | 2:0 |
2010/11 | 13.11.2010 | çempionat | e | 1:0 |
2011/12 | 16.10.2011 | çempionat | e | 1:0 |
2011/12 | 25.11.2011 | çempionat | s | 2:2 |
2012/13 | 20.09.2012 | çempionat | e | 0:2 |
Mənbə: lankaranfc.com
0
0