Co Kendrik: “Neftçi”yə pulsuz qaldığım üçün getmişdim
07.12.2012 - 16:39
“Droeda Yunayted”də pulsuzluq olanda mən yenicə evlənmişdim. Bu üzdən Azərbaycandan gələn yaxşı müqavilə təklifini qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq müdafiəçisi Co Kendrik deyib.
2008-ci ilin noyabrında Hans-Yürgen Gedenin dönəmində “Neftçi”yə baxışa gələn 5 legionerdən ikisi bəyənildi ki, bunlar “Droeda Yunayted”dən gələn avstraliyalı Con Tamburas və irlandiyalı Co Kendrikdir. 2009-cu ilin yanvarında Kendriklə ilyarımlıq müqavilə bağlansa da, 3 ay sonra o və Tamburas Böyükağa Ağayev tərəfindən əvəzedici komandaya göndərildi. Yayda isə hər iki futbolçu ölkəmizi tərk etdi.
29 yaşlı mərkəz müdafiəçisi İrlandiyada verdiyi müsahibədə ölkəmizdəki karyerasından da söz açıb: “Mən və Con Tamburas “Neftçi” adlı klubla müqavilə bağladıq. Başlanğıcda hər şey əla gedirdi. Komanda qələbə qazanırdı. Ancaq sonra hər şey dəyişdi. Biz qəflətən bir neçə vacib oyunda uduzduq. Turnir cədvəlində aşağı düşdük və s. Sonra mən öz buraxdığım səhvlərdən dərs çıxarmağa çalışdım”.
Qeyd edək ki, “Neftçi”dən getdikdən sonra o Hollandiyanın “Valveyk” klubunda baxışda olsa da, sonradan ölkəsinin “Slayqo Rovers” komandasına keçmişdi. Co hazırda İngiltərənin aşağı dəstə təmsilçisi “Blayt Spartans”da oynayır. Onun dostu Tamburas isə karyerasını 2 il əvvəl Çinin “Quançjou Everqrand” klubunda bitirib.

0
0