“Qəbələ”: Eyni məkan, eyni otel
07.12.2012 - 17:08
“Qəbələ”nin ölkə xaricində keçirəcəyi təlim-məşq toplanışının vaxtına aydınlıq gəlib. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında Antalyadakı toplanışın yanvarın 20-dən fevralın 3-dək davam edəcəyini bildirib.
O həmçinin komandanın 15 günlük toplanış müddətində ötən qış olduğu kimi eyni oteldə qalacağını açıqlayıb. Belə ki, bölgə təmsilçisi Bələkdə yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.
O həmçinin komandanın 15 günlük toplanış müddətində ötən qış olduğu kimi eyni oteldə qalacağını açıqlayıb. Belə ki, bölgə təmsilçisi Bələkdə yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.
0
0