“Ustalıq səviyyəsində rəqibə uduzduq”
07.12.2012 - 18:23
“Ustalıq səviyyəsində rəqibə uduzduq”
Topaz Premyer Liqasının XVI turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzan “Kəpəz”in məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra Gəncə təmsilçisinin məşqçisi Mehman Hacıyev səfər yenilgisinin səbəbini izah edib.

O, nəticənin ustalıq səviyyəsi ilə bağlı olduğunu bildirib: “Ölkənin ən güclü komandasına qarşı oynadıq. Ustalıq səviyyəsində rəqibə uduzduq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov cəzalı olduğu üçün komandanı meydana onun köməkçisi Hacıyev çıxarıb.