Mişel Platini MDB çempionatı ilə bağlı müzakirələrə hazırdır
07.12.2012 - 19:00
“Beynəlxalq liqaların təşkili ilə bağlı müzakirələrə qatılmağa çoxdan hazıram. Belə layihələrin müzakirəsi zamanı mənfi məqamlar daha çox üzə çıxır, nəinki müsbət”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.
Fransalı futbol funksioneri Azərbaycanın ən titullu klubu “Neftçi”nin də qatılmağa hazır olduğu MDB çempionatının təşkil edilməsi ideyasına, ümumiyyətlə Avropanın müxtəlif ölkələrinin vahid birincilik keçirmək istəyinə münasibət bildirib: “Belçika və Hollandiyanın qadın klublarının eksperiment xarakterli vahid çempionatı keçirilir. Görək bunun nəticələri necə olur”.
Platini özü də belə çempionatların tərəfdarı olduğunu hiss etdirib: “Bu yaxınlarda Skopyedə oldum. Makedoniya çempionatının oyunu zamanı cəmi 1000 tamaşaçı gördüm. Yadıma “Partizan” və “Srvena Zvezda” kimi serb klublarının bura gəldiyi vaxtlar düşdü. Futbola marağın azaldığını onlar ad bilir. Bu üzdən vəziyyəti dəyişmək istəyirlər. Mən də müzakirələrə hazıram. Amma UEFA-nın İcraiyyə Komitəsi və Konqresində bunu həyata keçirmək çox çətin olacaq. Çünki bu bir sıra problemlərə, xüsusilə də avrokuboklara vəsiqələrin bölünməsində ciddi müzakirələrə yol açacaq”.

0
0