“Qəbələ”dən növbəti qələbə - YENİLƏNİB
08.12.2012 - 15:52
“Qəbələ”dən növbəti qələbə - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında XVI turun daha 1 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan “Sumqayıt”la “Qəbələ” üz-üzə gəlib.

Qonaqların üstünlüyü şəraitində keçən görüşün taleyini 39-cü dəqiqədə Viktor Mendinin vurduğu qol həll edib. Nəticədə növbəti 3 xalını aktivinə yazan “Qəbələ” liderlər qrupunda yerini möhkəmlədərək, 4-cü pillədə qalıb. Onlar turun digər matçlarından asılı olmayaraq mövqeyini əldən verməyəcək.

“Sumqayıt” isə məğlubiyyət sayəsində vəziyyətini daha da ağırlaşdırıb.

Qeyd edək ki, dekabrın 10-da keçirilməli olan “Turan” – “Bakı” oyunu təxirə salınıb.


8 dekabr
“Sumqayıt” – “Qəbələ” - 0:1
QOL: Viktor Mendi, 39
QIRMIZI VƏRƏQƏ: Aleksandr Çertoqanov, 61
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
”Bayıl Arena” stadionu

“Sumqayıt”: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev
Baş məşqçi: Bernhard Raab

“Qəbələ”: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 10. Luis Paulo Hilario, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev (k), 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 84. Dejan Kelhar
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 8. Bruno Da Silva, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov
Baş məşqçi: Ramiz Məmmədov

9 dekabr
15:15. “İnter” – AZAL
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
“Şəfa” stadionu

10 dekabr

16:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu

komandaoqhmtx
1
Qarabağ
16
7
6
3
22-16
27
2
İnter
14
7
5
2
15-6
26
3
Simurq
15
7
5
3
17-9
26
4
Qəbələ
16
7
4
5
19-17
25
5
Neftçi
12
7
0
5
26-15
21
6
Xəzər L
15
5
5
5
20-14
20
7
AZAL145
5
4
19-15
20
8
Turan
15
5
4
6
19-20
19
9
Bakı
14
3
8
3
14-11
17
10
Rəvan
15
4
4
7
14-23
16
11
Sumqayıt
16
3
5
8
12-29
14
12
Kəpəz
16
2
3
11
10-32
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 12 qol