Nigeriyalı futbolçu cərimələndi
07.12.2012 - 20:07
Nigeriyalı futbolçu cərimələndi
İngiltərə Futbol Federasiyası “Çelsi”nin futbolçusuna ağır cəza verib. Apasport.az saytının məlumatına görə, ötən ay “Mançester Yunayted”lə keçirilən oyundan sonra “zadəganlar”ın nigeriyalı oyunçusu Con Obi Mikel qarşılaşmanın baş hakimi Mark Klattenburqu hədələyib.

Məsələni araşdıran Federasiya rəhbərliyi London klubunun təcrübəli futbolçusunu növbəti 3 oyundan məhrum edib. Bununla kifayətlənməyən rəhbərlik, Mikelin 60 min funt-sterlinq də cərimə ödəməsini tələb edib.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi bu matçdan sonra hakimin ona qarşı irqçilik ifadəsinin işlətməsini önə sürmüşdür. Lakin həm yerli Futbol Federasiyası həm də polis məsələni araşdırmış və referi Klattenburqun belə bir ifadə işlətmədiyi aydınlanmışdır.