Messi qorxduğu hadisədən danışdı
07.12.2012 - 20:42
Messi qorxduğu hadisədən danışdı
“Barselona”nın ulduz futbolçusu Lionel Messi çərşənbə axşamı keçirilən Çempionlar Liqasının G qrupunun sonuncu oyun günündə, “Benfika” ilə qarşılaşmada zədələndiyi üçün çox qorxduğunu bildirib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu başına gələn bu qorxunc hadisəni İspaniya mətbuatına danışıb.

“Matçda meydana çıxmaq üçün çox səbirsizlənirdim. İstəyirdim ki, baş məşqçi mənə oynamaq şansı versin. Mən meydana çıxdım və istəmədiyim hadisə ilə üz-üzə gəldim. Yerə yıxılıb dizimdən zədə alanda qorxdum ki, uzun müddət sevdiyim bu idmandan uzaqda qalam. Yaxşı ki keçirilən müayinədən sonra qorxulu bir şeyin olmadığını gördüm”.

Qeyd edək ki, Messi sonuncu dəfə 2010-cu ildə ciddi zədələnib. “Atletiko” ilə qarşılaşmada müdafiəçi Uyfaluşinin kobudluğundan sonra Lionel 2 oyunda komandasına kömək edə bilməmişdir.