"Qalatasaray" - "Fənərbaxça" matçının vaxtı dəqiqləşdi
07.12.2012 - 21:02
"Qalatasaray" - "Fənərbaxça" matçının vaxtı dəqiqləşdi
Dünyada bir çox məşhur derbilərdən biri saylan "Qalatasaray" - "Fənərbaxça" oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının əzəli rəqiblərinin qarşılaşması dekabrın 16-da baş tutacaq.

Qeyd edək ki, Superliqanın XVI turu çərçivəsində keçiriləcək matç "Türk Telekom Arena"da reallaşacaq.

Maraqla gözlənilən derbi Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.