"Karyeramın ən vacib qolunu vurdum"
08.12.2012 - 00:01
Avropa Liqasının qrup mərhələsi çərçivəsinin VI turunda “İnter”lə səfər matçında (2:2) “Neftçi”nin bərabərlik topunu vuran çilili hücumçu Nikolas Kanalesin apasport.az saytının Milana ezam olunan əməkdaşına müsahibəsi
- “İnter”lə görüş sizdə hansı təəssüratlar yaratdı?
- Əla. Çox xoşbəxtəm ki, Avropanın sayılıb-seçilən klublarından biri olan “İnter”lə səfərdə heç-heçə etdik.
- Oyundan əvvəl “İnter” cütün favoriti hesab edilirdi. Qeydə alınan nəticəni sürpriz hesab etmək olarmı?
- Niyə də yox? Düzdü, çətin oldu. Amma “Neftçi” daha yaxşı oynadı.
- Qol vurduğunuz epizodda topun sizə gələcəyini gözləyirdinizmi?
- Gözləmirdim. Çünki Bertuççi topu birbaşa qapıya vurdu. Lakin topu sona qədər izlədim və geri dönən anda başla zərbə endirdim. Yekunda hesabı bərabərləşdirdik.
- Birinci hissədən fərqli, fasilədən sonra “Neftçi” daha fəal idi. Bunu nə ilə izah edə bilərsiniz?
- Fasiləyə qədər daha çox qorunurduq. Buna görə də müdafiəyə meylli oyun nümayiş etdirdik. Bir az da stress var idi. İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi komandaya inamın gəlməsi idi. Çünki fasilədən sonra özümüzə daha çox inanırdıq.
- “Cüzeppe Meattsa” Avropada ən yaxşı arenalardan sayılır. Hər futbolçuya bu cür stadionda oynamaq nəsib olmur. Bu cür möhtəşəm stadiona ayaq basmaq sizdə hansı təəssüratlar yaratdı?
- Deyə bilərəm ki, karyeramın ən vacib qoluna imza atdım. İnanıram ki, bu sonuncu qrup oyunumuz olmayacaq. Gələcəkdə də bu cür davam edəcəyik.
- Anşlaqın olmamağı sizi təəssüfləndirmədi?
- Əlbəttə, təəssüfləndirdi. Hamı bilir ki, qrupda “İnter” ikinci pilləni tutub. Bu görüş onlar üçün əhəmiyyət kəsb etmirdi. Buna görə də oyunu izləyənlərin sayı çox az idi.
- “İnter”ə həm Bakıda, həm də Milanda qol vurdunuz. Sizi “İnter”in qənimi hesab etmək olarmı?
- Bunu etmək o qədər də asan deyil. Çünki rəqibin heyətində çox keyfiyyətli futbolçular çıxış edir. İmkan yarandı, mən də dəqiq oynadım.

0
0