Evra Paris klubuna gedə bilər
07.12.2012 - 22:54
Evra Paris klubuna gedə bilər
Heyətinə bir çox sol cinahda mübarizə aparacaq futbolçusu qatmaq istəyən PSJ-nin yeni hədəfi bəlli olub. Apasport.az saytının məlumatına görə, Paris klubu “Mançester Yunayted”in müdafiəçisi Patris Evra ilə yaxından maraqlanır.

Fransa mətbuatının iddiasına görə, Maksvelin yerinə oyunçu axtarışına başlayan baş məşqçi Karlo Ancelotti, öncə “Çelsi”dən Eşli Kolu transfer etmək istəyib. Lakin londonluların çalışdırıcısı Rafael Benites mövsümün sonunda müqaviləsi başa çatacaq ingilis futbolçu ilə yenidən anlaşacaqlarını söylədikdən sonra, italiyalı mütəxəssis istiqamətini digər Premyer Liqa klubuna yönəldib.

Qeyd edək ki, Evranın Fransa vətəndaşı olması, Ancelottinin planlarına daha çox uyğun gəldiyi bildirilir.