Solskyaer: Həmişə ailədə böyük olan öndə, kiçik olan isə arxada gedər
08.12.2012 - 01:18
“Mançester Yunayted”də 11 mövsüm forma geyinən və sonradan meydana çıxıb vurduğu qollarla “qırmızı şeytanlar”a bir çox qələbə qazandıran norveçli hücumçu Ole Qunnar Solskyaer, bazar günü baş tutacaq Mançester derbisi haqqında İngiltərə mətbuatına maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, hazırda “Mölde”nin baş məşqçisi olan Solskyaer ötən mövsüm çempion olan “şəhərliləri”in, hələ “Mançester Yunayted”in kölgəsində qaldığını vurğulayıb:
“Mançester Yunayted” son anda çempionluğu əldən verdi. “Şəhərliləri”in zəfəri təbii ki, onları sevindirib və yüksəklərə qaldırdı. Lakin onların nə qədər pulları olsa da, heç vaxt “Mançester Siti” “Mançester Yunayted” olmayacaq. Həmişə ailədə böyük olan öndə, kiçik olan isə arxada gedər. Aleks Ferqyussonun komandasının isə derbidə məğlub olmasını düşünmürəm”.
Qeyd edək ki, Solskyaer 1996-cı ildən 2007-ci ilə qədər “Mançester Yunayted”in heyətində 235 qarşılaşmada meydana çıxıb və 91 dəfə rəqib qapılarına yol tapıb.

0
0