Rəqib 2 qol vəziyyəti yaratdı, ikisi də qol oldu
08.12.2012 - 02:27
Rəqib 2 qol vəziyyəti yaratdı, ikisi də qol oldu
Türkiyə Superliqasında 15-ci turun açılış oyun günündə “Əskişəhərspor”la heç-heçə edən “Beşiktaş”ın baş məşqçisi Səmət Aybaba, matçdan sonra mətbuata açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı doğma azarkeşləri önündə xal itirmələrinə üzüldüyünü bildirib:

“Oyuna çox yaxşı başladıq. Planlarımız istədiyimiz kimi gedirdi. “Əskişəhərspor” risk etməyi və müdafiədən hücuma keçməyi sevən komandadır. Bizdə qonaqları əks-hücumda yaxalamaq istədik. İlk hissə bizim xeyrimizə sona çatdı. İkinci yarının əvvəli də bizim üçün pis başlamadı. Hesabı 2:0 etdik. Lakin rəqibə son dəqiqələrdə 2 qol vəziyyəti yaratmaq imkanı verdik və bu da bizim üçün pis nəticələndi”

Qeyd edək ki, “Beşiktaş” - “Əskişəhərspor” matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb.