“Hamburq” azarkeşlərini sevindirdi
08.12.2012 - 03:24
“Hamburq” azarkeşlərini sevindirdi
Almaniya Bundesliqasında 16-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə yalnız bir qarşılaşma reallaşıb.

Turun açılış qarşılaşmasında “Hamburq” öz meydanında “Hoffenhaym”ı qonaq edib. Meydan sahibləri Rudnevsin dublu sayəsində görüşdən qələbə ilə ayrılıb.

Bununlada xalını 24-ə çıxaran “Hamburq” turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Qeyd edək ki, 16-cı turun digər oyunları bu gün və sabah keçiriləcək.


Almaniya Bundesliqası 16-cı tur

7 dekabr
“Hamburq” – “Hoffenhaym” – 2:0
Rudnevs, 27; 74.

8 dekabr
“Ausburq” – “Bayern”
“Borusiya” (Dortmund) – “Volfsburq”
“Frayburq” – “Qreuther Furs”
“Nürnberq” - "Fortuna Düsseldorf"
“Ştuttqart” – “Şalke”
"Ayntraxt" – “Verder”

9 dekabr
“Borusiya” (Münhenqladbax) – “Mainz”
“Hannover” – “Bayer”