Venger 20 yaşlı futbolçunu istəyir
08.12.2012 - 05:50
Venger 20 yaşlı futbolçunu istəyir
“Arsenal”ın baş məşqçisi Arsen Venger uzun müddətdir heyətində görmək istədiyi aşağı liqa təmsilçisi “Kristal Pelas”ın futbolçusu Vilfred Zahanı transfer etməyə yaxındır. Apasport.az saytının məlumatına görə, “topçular” 20 yaşlı oyunçuya görə 9 milyon avrosundan keçməyə hazırdır.

“Mançester Yunayted”, “Mançester Siti” və “Nyukasl”ın da yaxından maraqlandığı Vilfredin özü, Premyer Liqa klublarının birinə keçmək istəyir.

Qeyd edək ki, Vilfred Zaha “Kristal Pelas” forması ilə 19 dəfə meydana çıxıb və 4 qola imza atıb. Bununla yanaşı gənc oyunçu İngiltərənin 21 yaşadək yığma komandasında da çıxış edir.