Ferqyuson derbi öncəsi narahatdır
08.12.2012 - 06:49
Ferqyuson derbi öncəsi narahatdır
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson bazar günü qarşılaşacaqları “Mançester Siti” oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın televiziyasına müsahibə verən şotlandiyalı mütəxəssis son görüşlərdəki etdikləri səhvləri, yenidən təkrarlamaq istəmədiyini bildirib:

“Son turlar müdafiədə çox səhvə yol veririk. Elə bunun da nəticəsi olaraq qapımızda gözləmədiyimiz anda qol görürük. Bütün bunlardan dərs almağımız lazımdır. Əgər eyni səhvləri derbidə də edərsək, onda bunun sonu bizim üçün pis nəticələnər.

Qeyd edək ki, “Mançester Siti” - “Mançester Yunayted” qarşılaşması bazar günü Bakı vaxtı ilə saat 17:30-da keçiriləcək.