“Neftçi”nin tarix yazan baş məşqçisi dünya reytinqinə düşdü
08.12.2012 - 11:00
Dünyanın ən güclü klub məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycandan 4 mütəxəssis yer alıb. Onlar arasında ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Komandasını Avropa Liqasının qrup mərhələsinə daşımaqla Azərbaycan futbolunda tarix yazan mütəxəssis dünya reytinqində 439 xal toplayıb. Bu göstərici ilə Hacıyev planetin 829-cu baş məşqçisidir.
Maraqlıdır ki, Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov Azərbaycan çalışdırıcıları arasında 2-ci pilədədir. 365 xalı olan məşqçi 884-cü yerdə qərarlaşıb. Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1072-ci (164 xal) və 1297-ci (38 xal) pilləni tutub.
Siyahıya isə portuqaliyalı Joze Mourinyo başçılıq edir. İspaniya “Real”ının çalışdırıcısı 14.443 xala malikdir. Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone 13.843 xalla 2-cidir. Digər ispan klubu “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola isə ilk “üçlüy”ü qapayır – 12.477 xal.

0
0