Tovuz stadionunda yanğın oldu, Bakı ilə oyun təxirə salındı - FOTO
08.12.2012 - 14:12
Tovuz stadionunda yanğın oldu, Bakı ilə oyun təxirə salındı - FOTO
Debabrın 7-də Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçirilməli olan “Turan” – “Bakı” matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Tovuz təmsilçisinin PFL-ə ünvanladığı məktub olub.

Belə ki, dekabrın 7-də Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin baş verdiyi, komandaların geyinib-soyunma otaqlarının yararsız hala düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilib. Bundan sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova müraciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar olaraq öz rəyini bildirməyi xahiş edib. Yuxarıda göstərilənləri, QRFF-in prezidentinin rəyini, hadisənin nəticələrini əks etdirən görüntüləri və “Bakı”nın razılığı əsasında qarşılaşma təxirə salınıb.

Mənbə: pfl.az