Ramiz Məmmədov: Onun barəsində tədbir görəcəyik
08.12.2012 - 16:26
“Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
O Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt”a qalib gəldikləri oyun (1:0) barədə fikirlərini açıqlayıb: “Bakı” ilə oyunda itirdiyimiz 3 xalı bu gün geri qaytardıq. Son turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas nəticə lazımdır”.
Məmmədov 61-ci dəqiqədə ikinci sarı vərəqəni almaqla komandasını azlıqda qoyan Aleksandr Çertoqanov barəsində ölçü götürüləcəyini də deyib: “Təəssüf ki, Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir görəcəyik”.

0
0