Yenə təcrübədən şikayətləndi
08.12.2012 - 16:29
Yenə təcrübədən şikayətləndi
“Sumqayıt”ın baş məşqçisi Bernhard Raab Topaz Premyer Liqasında “Qəbələ” ilə oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yenə təcrübədən şikayətlənib: “Oyun boyu komandam daha effektiv oynadı, qol imkanları yaratdıq, lakin yararlana bilmədik. Futbolçularıma qol imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.

Qeyd edək ki, qarşılaşmada “Qəbələ” minimal hesablı qələbə qazanıb.