Qvardiola “Çelsi”yə gedir
08.12.2012 - 20:20
“Çelsi”də bu günə qədər 8 baş məşqçinin işinə son qoyan Roman Abramoviç, indi də gözünü Xosep Qvardiolaya dikib. Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın sahibi kataloniyalı mütəxəssisə növbəti mövsümdə London klubuna gətirmək üçün məvacibi yüksək olan təklif göndərməyə hazırlaşır.
Müqavilənin şərtlərinə görə Qvardiola “Çelsi”də 4 ilinə 20 milyon avro alacaq. Bununla yanaşı Xosep komandanı çempion etdiyi təqdirdə onda ona əlavə bonus veriləcək. Beləliklə, təcrübəli çalışdırıcının 4 il ərzində qazancı 100 milyon avroya çatacaq.
Qeyd edək ki, 2011-2012 mövsümünün sonunda “Barselona”nı tərk edən Qvardiola, 6 aydır ailəsi ilə birgə ABŞ-da yaşayır. “Çelsi”dən əlavə onunla PSJ, “Milan” və “Bavariya” rəhbərliyi də yaxından maraqlanır.

0
0